`Azərbaycanla siyasi dialoq qurulub` - Putin
18:06 25 May 2016
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az-ın məlumatına görə, məktubda deyilir: "Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və başqa sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb.
Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Məzmunlu siyasi dialoq qurulub, müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq genişlənir.
Əminəm ki, biz birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrin bütün kompleksinin daha da genişlənməsini, habelə regional və beynəlxalq gündəlikdəki aktual problemlərin həllində qarşılıqlı tərəfdaşlıq əlaqələrini təmin edəcəyik. Bu, ölkələrimizin qardaş xalqlarının köklü mənafelərinə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar, həmvətənlərinizə sülh və firavanlıq diləyirəm".
Femida.az
Oxunub: 1976
Oxşar xəbərlər
- `Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur` - Lavrov
- `Azərbaycanla əməkdaşlığa maraqlıyıq` - Koreya nümayəndə heyəti
- `Azərbaycanla münasibətlərimiz strateji xarakter daşıyır` - Putin
- `Azərbaycanla münasibətlərimiz inkişaf edir` - Lavrov
- `Azərbaycanla siyasi təzyiq dilində danışmaq olmaz` - Oqtay Əsədov
- `Azərbaycanla əməkdaşlığımız yüksələn xətlə inkişaf edir` - Berdiməhəmmədov
- `Azərbaycanla əməkdaşlığımız çoxtərəflidir` - Latviya prezidenti
- `Azərbaycanla münasibətlər heç bir halda pozulmayıb` - Nazarbayev
- `Azərbaycanla ABŞ-ı sıx dostluq münasibətləri birləşdirir` - İlham Əliyev
- `Azərbaycanla ABŞ yaxın dostdur` - Amos Hokstayn